Bakıda əsən güclü külək sabah gündüz saatlarınadək davam edəcək

27.07.2026

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İyulun 27-si səhərdən başlayaraq Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləkli hava şəraiti iyulun 28-i gündüz saatlarınadək davam edəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, həmçinin bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью