Bakıda eşidilən dron səsinə RƏSMİ REAKSİYA

16.03.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gecə saatlarında Bakıda dron uçması ilə bağlı məlumatlar yayılıb. 

Lent.az xəbər verir ki, dron səsi sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə və panikaya səbəb olub.

Dron səsi daha çox Zabrat ərazisində müşahidə edilib. 

Hərbi ekspert Ədalət Verdiyev Bakı səmasında müşahidə olunan PUA-ların  Azərbaycana aid olduğunu bildirib: “Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur”.

Müdafiə Nazirliyinindən də bildirilib ki, narahatlığa heç bir əsas yoxdur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью