Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi Öldü

27.08.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 01 radələrində 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev yaşadığı Bülbülə qəsəbəsindəki evdə yemək yeyərkən boğazında ət tikəsi qalıb.

O boğulmağa başlaması səbəbindən nəfəs alması üçün boğazını bıçaqla deşib. Nəticədə, 61 yaşlı kişi boğazındakı qanaxmadan ölüb.

Araşdırmalar aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью