Bakıda ətin qiyməti 19 manat oldu

22.09.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb.

Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir.

Sümüksüz mal əti isə 21-22 manata satılır.

Bu isə son bir ayda 1-2 manat artım deməkdir.

Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyini göstərir.

Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью