Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son aylarda ərzaq məhsullarında müəyyən qiymət dalğalanmaları müşahidə edilsə də, Bakıdakı ət bazarında qiymətlər sabit olaraq yüksək qalır.
BAKU.WS-in məlumatına görə, istehlakçılar ucuzlaşma gözləsələr də, nə qoyun, nə də mal əti qiymətlərində ciddi azalma qeydə alınmayıb.
Bəs bunun səbəbi nədir? İdxal və yerli istehsalın nisbəti, yemin bahalaşması, bazar tənzimləmələri və digər iqtisadi amillər qiymətlərin yük
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimliyə müraciət etdik.
Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, bazarda məhsul bol olanda qiymət aşağı düşür: "Məhsul qıt olanda qiymət artır.
Eyni zamanda alıcı bol olanda qiymət artır, az olanda isə qiymət düşür və yaxud da qıtlıq olur.
İdxalın olması qiyməti stabilləşdirən, aşağı salan faktordur. Amma idxal qiymətləri artanda sahibkar onu baha gətirib, ucuz satmır.