Bakıda ev dələduzlarına 42 il həbs CƏZASI

21.07.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə ev-alqı satqısı adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər -  Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən şəxslərin -  Şəmsiyyə İsmayılovanın 6 il, Ruslan Həsənovun 7 il, Anar Həziyevin 6 il,

Rasim Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Babaxan Həsənəliyev  təqsirləndirilənlər - Ruslan Həsənovun  8 il, 6 ay,  Şəmsiyyə İsmayılovanın 8 il, Anar Həziyevin və Rasim Əliyevin 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, Şəmsiyyə İsmayılova bir qrup şəxslə (Anar Həziyev, Rasim Əliyev və Ruslan Həsənov) birlikdə vətəndaşlara MİDA-dan güzəştli şərtlərlə mənzil almaq adı ilə yalan vəd verib və onlardan külli miqdarda pul alaraq mənimsəməkdə dələduzluqda təqsirləndirilirlər.Təqsirləndirilən şəxslərin dördünə də qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью