Bakıda evdə partlayış: xəsarət alanların son durumu açıqlandı KONKRET | Icma.az
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 6-da Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, dərhal hadisə yerinə briqadalar cəlb olunub.
Xəsarət alan 4 nəfər (3-ü qadın, 1-si kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Onlardan 2017-ci il təvəllüdlü (kişi cinsli) azyaşlıya bədən səthinin 80%-nin III-IV dərəcəli termiki alov yanığı şoku, 2018-ci il təvəllüdlü (qadın cinsli) azyaşlıya bədənin II-III dərəcəli termiki alov yanığı şoku,1960-cı il təvəllüdlü (qadın cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1990-cı il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.
Hazırda 2017-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 3 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu