Bakıda evdə partlayış zamanı yaralananların vəziyyəti ağırdır FOTO VİDEO YENİLƏNİB | Icma.…
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 6-da Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, dərhal hadisə yerinə briqadalar cəlb olunub.
Xəsarət alan 4 nəfər (3-ü qadın, 1-si kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Onlardan 2017-ci il təvəllüdlü (kişi cinsli) azyaşlıya bədən səthinin 80%-inin III-IV dərəcəli termiki alov yanığı şoku, 2018-ci il təvəllüdlü (qadın cinsli) azyaşlıya bədənin II-III dərəcəli termiki alov yanığı şoku,1960-cı il təvəllüdlü (qadın cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1990-cı il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.
Hazırda 2017-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 3 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.
*** 08:42 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Tam oxu
Xəbəri oxu