Bakıda evdə qaz balonu partladı: ölən var

13.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda yaşayış evində qaz balonu partlayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. 

Türkan qəsəbəsindəki evlərdən birində qaz balonunun partlaması nəticəsində yanğın olub.

Nəticədə ev sahibi, 1956-cı il təvəllüdlü Eyyub Qasım oğlu Əliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Həkimlərin müdaxiləsinə baxmayaraq E.Əliyev dekabrın 12-si orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью