Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı ölən şəxslərin kimliyi məlum olub.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus üçmərtəbəli evdə baş verib.
Nəticədə ərazidən ev sahibinin qayınatası, 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı, 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb.