Bakıda evdən 10 min manatlıq oğurluq edildi

06.12.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub.

"Unikal" DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью