Bakıda evdən 10 min manatlıq oğurluq EDİLDİ | Icma.az
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır. Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır. Bizim.Media Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu