Bakıda evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb

26.08.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhərində evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal rayonunda talama cinayəti qeydə alınıb.

Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.
Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью