Bakıda evdən 10 minlik OĞURLUQ

06.12.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakının Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib. 

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью