Bakıda evdən 10 minlik OĞURLUQ

18.12.2024

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10.000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью