Bakıda evdən 12 min manatlıq qızıl oğurlanıb

27.02.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

APA DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla isə oğurluq etdiyinə görə saxlanılmış M.Məmmədovun Nardaran qəsəbəsində 215 metr naqil oğurladığı da müəyyən edilib.

Araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью