Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

16.09.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtın Xətai rayonunda evlərin birindən oğurluq olub.

APA DİN-ə istinadən xəbər verir ki, rayon sakini polisə müraciət edərək yaşadığı evdən 15000 manat dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib.

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Ə.Göyüşov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində bir nəfərə məxsus 1800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də ərazi polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью