Bakıda evdən çürümüş meyit TAPILDI

11.01.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda evdən çürümüş meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Mənzil sahibini uzun müddətdir görməyən və pis qoxu hiss edən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Xilasedicilərin müdaxiləsi ilə mənzilin qapısı açılıb. Bağlı qapı arxasından ev sahibi 70 yaşlı Əliyev Cəsarət Səddar oğlunun meyiti aşkar edilib. Meyitin üzərində çürümə əlamətləri müşahidə olunub.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью