Bakıda evdən oğurluq edən qadın tutuldu

07.05.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səbail rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Paytaxt sakini olan qadın polisə müraciət edərək yaşadığı evdən çantasından içərisində 1640 manat pul və 4800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanmasını bildirib.

"Unikal" xəbər verir ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı qadın saxlanılıb.

Qaradağ rayonu ərazisindən isə 1000 manat dəyərində təmir alətlərini talayan əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı Z.Qubadov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью