Bakıda evdən oğurluq edən uşaq tutuldu

16.01.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evlərin birindən 6550 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırmalarla quldurluq etdiyinə görə tutulan A.Balayevin Hövsan qəsəbəsində yerləşən məntəqələrin birindən 3000 manat dəyərində təmir alətləri oğurlaması da müəyyən olunub.

Araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью