Bakıda evdən oğurluq edildi

08.06.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı R.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs gecə saatlarında evdə heç kimin olmamasından istifadə edərək oğurluq əməlini törədib.

Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью