Bakıda evi sökülənlər artır | Icma.az
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Keçən ilin fevral ayında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, paytaxtın bir neçə rayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən bir çox binaların söküntüsü həyata keçiriləcək.
Suraxanı rayonu üzrə 1 127 mənzildən ibarət 63, Nəsimi rayonu üzrə 5 771 mənzildən ibarət 226, Xətai rayonu üzrə 2 016 mənzildən ibarət 99, Nərimanov rayonu üzrə 3 028 mənzildən ibarət 219, Nizami rayonu üzrə 1 779 mənzildən ibarət 131, Yasamal rayonu üzrə 427 mənzildən ibarət 18, Səbail rayonu üzrə 535 mənzildən ibarət 41, Pirallahı rayonu üzrə 1 174 mənzildən ibarət 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.
AzPost “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Təbii ki, aparılacaq bu söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.
Kirayə ev axtaranların sayı artacaq Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, Bakıda evlərin tikintisi üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb.
Məhz bu səbəbdən tikinti şirkətləri istismar müddəti başa çatmış binaları sökmək və yerində yeni mənzillər tikmək məcburiyyətindədirlər: “Bu proses şirkətlərə baha başa gəlir.
Həm sökmək, həm vətəndaşları kirayə çıxarmaq, kompensasiya məbləği ödəmək, həm də yenidən bina inşa etmək mənzillərin qiymətinə təsir edir”.
Tam oxu
Xəbəri oxu