Bakıda evlərdən 11 minlik qızıl oğurlandı | Icma.az
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəzər rayonu ərazisində 6 evdən ümumilikdə 4300 manat nağd pul, 11000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu