Bakıda evləri qarət edən şəxs tutuldu VİDEO

29.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Suraxanı rayonu ərazisində yerləşən 10 evdən müxtəlif vaxtlarda ümumilikdə 29 min 530 manat dəyərində pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Modern.az xəbər verir ki, rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Tural Əmişov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью