Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Hazırda Bakıda əhalinin təxminən 50 faizi mərkəzləşdirilmiş kanalizasiya xidməti ilə təmin olunur. 95 faizlik hədəf bir il üçün nəzərdə tutulmuş göstərici deyil”.
“Cebheinfo.az” xəbər veriri ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
ADSEA sədrinin sözlərinə görə, 2026–2035-ci illər üzrə Dövlət Proqramına əsasən, bu hədəfə yeni kollektorların, kanalizasiya şəbəkələrinin və tullantı sutəmizləyici qurğuların tikilməsi, eləcə də mövcud infrastrukturun yenilənməsi hesabına mərhələli şəkildə çatılması nəzərdə tutulur:
“2026-cı il proqramın ilk mərhələsidir və əsas diqqət layihələndirmə, tikinti və yenidənqurma işlərinin başlanmasına və intensivləşdirilməsinə yönəlib. Buna görə ilin sonuna qədər müəyyən irəliləyiş gözlənilsə də, əsas artım yeni infrastrukturun mərhələli şəkildə istifadəyə verilməsi ilə sonrakı illərdə baş verəcək”.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin