Bakıda evli olduğunu gizlədən oğlan sevgilisini döydü

18.06.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda 27 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadığı mənzildə baş verib. 1999-cu il təvəllüdlü Gədəbəy rayon sakini Bəkir qeyri-rəsmi yaşadığı Aygün (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Onların arasında mübahisənin yaranmasına səbəb isə Bəkirin evli olduğunu qadından gizlətməsi olub. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı Aygünü baş nahiyəsindən əli ilə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Faktla bağlı Bəkirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkən də onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarmayıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью