Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir

26.11.2026

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mülkiyyətində olan əmlak kompleksinin satılması məsələsi səhmdarların müzakirəsinə çıxarılır.

Marja.az xəbər verir ki, “Bakı Ayaqqabı Fabriki” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının 21 dekabr 2026-cı il tarixində, saat 11:00-da keçiriləcəyini elan edib.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- “Bakı Ayaqqabı Fabriki” ASC-nin mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, giriş 471 ünvanında yerləşən əmlak kompleksinin satılması;

- Digər məsələlər.

Yığıncaq sözügedən əmlak kompleksinin yerləşdiyi ünvanda keçiriləcək.

Satılması nəzərdə tutulan əmlak kompleksinin sahəsi, qiyməti və satış şərtləri barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, “Bakı Ayaqqabı Fabriki” ASC-nin direktoru vəzifəsini Əlimədət İsgəndərov icra edir. Cəmiyyətin VÖEN-i 2004900751-dir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью