Bakıda falçı 74 min manatı necə alıb? “7 yumurtaya 200 manat verdim” FOTO | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib.
O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından "kəfən dönməsi" ritualı etmək adı ilə pul alıb.
Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.
İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb.
Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib.
Tam oxu
Xəbəri oxu