Bakıda falçının evi yandı

15.07.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilir ki, Rəsulzadə qəsəbəsində "Zəngəzur" restoranı yaxınlığında evdə yanğın olub.

Hadisə şahidlərinin sözlərinə görə, yanan ev ərazidə falçılıqla məşğul olan şəxsə məxsusdur.

Fövqəladə Hallarv Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi yanğınsöndürənlər əraziyə cəlb edilib. Yanğının ətraf evlərə yayılmasının qarşısı alınıb və söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью