Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb

21.11.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda tikintidə bədbəxt hadisə olub.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Buradakı tikililərdən birində usta işləyən 69 yaşlı Əlisəfa Qiyas oğlu İbrahimov hündürlükdən yıxılıb. Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью