Bakıda fərdi ev yanıb külə döndü FOTO

15.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda fərdi ev tamamilə yanıb.

Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Arif İsmayılov 32 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən, Əsədullayeva Səidə Abdulla qızına məxsus bir mərtəbəli, 100 kv.metrlik ev tamamilə yanaraq kül olub. Əraziyə FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və 25 nəfər şəxsi heyəti cəlb edilib, alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью