Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Paytaxtın Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.