Icma.az, Avtosfer saytına istinadən bildirir.
Noyabrın 2-də gecə saatlarında paytaxtın Biləcəri qəsəbəsində “Honda” markalı avtomobildə naməlum sərnişin sürücünü bıçaqla hədələyərək pul tələb edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sürücü dərhal 102-yə məlumat verib.
Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törədən əvvəllər məhkum olunan Vüsal Hüseynov saxlanılıb.
Araşdırma aparılır./unikal