Icma.az bildirir, Sia Az portalına istinadən. Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq.
SİA xəbər verir ki, günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək.
Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq.
Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb.
1 iyun Minifutbol üzrə dünya çempionatı Üçüncü yer uğrunda mübarizə Saat 18:00, Monteneqro - Serbiya.
Final Saat 20:00, Azərbaycan - Macarıstan Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.