Bakıda “Fitness Running Open” festivalı keçirilib

29.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakıda ilk dəfə “Baku Fitness Running Open” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin dəstəyi, Dünya Fitness Qaçış Federasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən festival 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub.

Beş mərhələdən ibarət “Fitness Running” proqramı üzrə keçirilən yarışda qadınlar arasında Anna Yusubova birinci, Pərvanə Hüseynova ikinci, Mahsa Palar üçüncü yeri tutub.

35 yaşadək kişilərin mübarizəsində Qalib Mirzəyev qalib olub. Əsəd Əliyev ikinci, Nurlan Süleymanov isə üçüncü yeri tutub.

35 yaşdan yuxarı kişilər arasında Rafil Abdullayev birinci, Pərviz İsmayıllı ikinci, Cəlil Əliyev üçüncü olub.

50 yaşdan yuxarı atletlər arasında isə müvafiq olaraq, İsrafil İsmayılov, Qafur Mustafayev və Emin Şəfiyev fərqləniblər.

Yarışın sonunda fərqlənən atletlərə sertifikat, diplom, medal, kubok və müxtəlif hədiyyələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью