Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.
İlkin məlumata görə, "Ford Fusion" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)