Bakıda “Ford” və “Prius” TOQQUŞDU: Hər iki maşın səkiyə dırmaşdı FOTO

08.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda iki nəqliyyat vasitəsinin iştirakı ilə qəza olub.

Avtosfer.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində (üzü Nargilə dairəsi istiqamətinə) baş verib.

Məlumata görə, 77-JP-978 dövlət qeydiyyat nömrə nişanlı “Ford” markalı şirkət maşını ilə 77-EU-503 dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobili toqquşub.

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi piyada səkisinə çıxıb.

Xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.

Qəza səbəbindən ərazidə sıxlıq yaranıb.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью