Bakıda Formula 1 ə görə bəzi parkinqlər işləməyəcək

19.09.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran-Prisi 2026" ilə əlaqədar 20-29 sentyabr tarixlərində şəhərin mərkəzi küçələrində yerləşən müəyyən parklanma məntəqələri fəaliyyətini müvəqqəti olaraq dayandırır.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bİldirilib ki, qeyd edilən tarixlərdə sürücülər xüsusilə diqqətli olmalıdırlar. Nəqliyyat vasitələrini park edərkən ərazilərdəki parklanma nişanlarına mütləq qaydada diqqət yetirməlidirlər. Məhdudiyyət tətbiq olunan yerlərdə saxlamasınlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью