Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə sprint yarışı başlayıb.
KONKRET.az xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən yarışda 11 komandadan 22 pilot mübarizə aparır. Sprint yarışının ümumi müddəti 50 dəqiqə təşkil edir.
Bu gün Formula 1 üzrə üçüncü sərbəst yürüş də keçiriləcək. Sessiya saat 12:30-da başlayacaq.
Formula 2-də əsas yarışın startı isə saat 14:15-ə nəzərdə tutulub.
Günün proqramı Formula 1 üzrə sıralama turu ilə yekunlaşacaq. Saat 16:00-da başlayacaq sıralama sessiyası 17:00-da başa çatacaq.