Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

24.09.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 sentyabr, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

AZƏRTAC xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью