Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir

17.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda səfərdə olan ABŞ konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir.

“Report” xəbər verir ki, ”Baku Marriott Hotel Boulevard”ın qarşısında keçirilən aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

Aksiya iştirakçıları Peloninin Azərbaycan xalqından üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işinin açılmasını, Peloninin Azərbaycana qarayaxma kampaniyalarına görə cavab verməsini tələb edirlər.

Qeyd edək ki, ötən gün də F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçilik fəaliyyətinə görə etiraz aksiyası keçirilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью