Bakıda Fransız dili müəllimlərinin Beynəlxalq Günü qeyd olunub

28.11.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Fransanın Azərbaycandakı səfirliyində Fransız dili müəllimlərinin Beynəlxalq Günü qeyd olunub.

Gununsesi.info bildirir ki, Fransanın Azərbaycandakı səfirliyi Fransız dili müəllimlərinin Beynəlxalq Gününü (JIPF) ali və orta təhsil müəssisələrinin müəllimləri, təhsil nümayəndələri və Bakıda akkreditə olunmuş frankofon səfirlərin iştirakı ilə qeyd edib.

Səfir Sofi Laqutt  fransız dili müəllimlərinin misilsiz əməyini yüksək qiymətləndirərək, APFAZ-a göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

O, fransız dilinin Azərbaycanda təşviqinin öz fəaliyyətinin prioritetlərindən biri olduğunu vurğulayıb.

Tədbirdə Gəncə Dövlət Universitetinin müəllimi Vüsalə İskəndərova  Fransanın ən qədim mülki təltifi olan “Palmes académiques” ordeni ilə təltif olunub.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью