Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Güclü külək zamanı sosial şəbəkələrdə sellofan və plastik torbaların havada uçuşduğu görüntülər yayılıb. Bu görüntülər bir tərəfdən küləyin gücünü göstərsə də, digər tərəfdən ətraf mühitə atılan plastik tullantıların yaratdığı problem kimi görünür.
Küləklə ətrafa yayılan plastik tullantıların ekologiyaya hər hansı zərərləri varmı və bu problemin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında söyləyib ki, güclü küləklər zamanı havada polietilen torbaların və müxtəlif tullantıların uçuşması, toz-torpağın ətrafa yayılaraq insanlara ciddi narahatlıq yaratması Bakı şəhərində artıq adi hala çevrilib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri ətraf mühitə kifayət qədər diqqət göstərilməməsidir:
“Bu, həm şəhər idarəçiliyinin, həm də cəmiyyətin, ümumilikdə mədəniyyət və maarifləndirmə səviyyəsinin problemidir. Əslində, bütün bunlar bir-biri ilə sıx bağlıdır. Problemin qarşısını almaq üçün ilk növbədə yerli idarəetmə qurumlarının, bələdiyyələrin və icra hakimiyyətlərinin bu məsələyə daha məsuliyyətli yanaşması lazımdır. Eyni zamanda, vətəndaşların da ətraf mühitə münasibətinin dəyişdirilməsi və onların maarifləndirilməsi vacibdir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən davamlı maarifləndirmə işləri aparılmalıdır”.
Qorxmaz İbrahimli bildirib ki, tikinti sahəsində də ciddi nəzarətə ehtiyac var:
“Tikinti materiallarının daşınması zamanı ətraf mühitin çirkləndirilməsinin, tozun və müxtəlif tullantıların ətrafa yayılmasının qarşısını almaq üçün tikinti şirkətlərinə qarşı daha ciddi tələblər qoyulmalıdır.
Ümumilikdə isə bu problemin həlli üçün ilk növbədə ekoloji mədəniyyəti formalaşdırmaq lazımdır. İnsanlarda şəhərə, ətraf mühitə və yaşadıqları məkana məsuliyyətli münasibət yaranmadan bu problemlərin tam qarşısını almaq çətin olacaq”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Küləklə ətrafa yayılan plastik tullantıların ekologiyaya hər hansı zərərləri varmı və bu problemin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a açıqlamasında söyləyib ki, güclü küləklər zamanı havada polietilen torbaların və müxtəlif tullantıların uçuşması, toz-torpağın ətrafa yayılaraq insanlara ciddi narahatlıq yaratması Bakı şəhərində artıq adi hala çevrilib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri ətraf mühitə kifayət qədər diqqət göstərilməməsidir:
“Bu, həm şəhər idarəçiliyinin, həm də cəmiyyətin, ümumilikdə mədəniyyət və maarifləndirmə səviyyəsinin problemidir. Əslində, bütün bunlar bir-biri ilə sıx bağlıdır. Problemin qarşısını almaq üçün ilk növbədə yerli idarəetmə qurumlarının, bələdiyyələrin və icra hakimiyyətlərinin bu məsələyə daha məsuliyyətli yanaşması lazımdır. Eyni zamanda, vətəndaşların da ətraf mühitə münasibətinin dəyişdirilməsi və onların maarifləndirilməsi vacibdir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən davamlı maarifləndirmə işləri aparılmalıdır”.
Qorxmaz İbrahimli bildirib ki, tikinti sahəsində də ciddi nəzarətə ehtiyac var:
“Tikinti materiallarının daşınması zamanı ətraf mühitin çirkləndirilməsinin, tozun və müxtəlif tullantıların ətrafa yayılmasının qarşısını almaq üçün tikinti şirkətlərinə qarşı daha ciddi tələblər qoyulmalıdır.
Ümumilikdə isə bu problemin həlli üçün ilk növbədə ekoloji mədəniyyəti formalaşdırmaq lazımdır. İnsanlarda şəhərə, ətraf mühitə və yaşadıqları məkana məsuliyyətli münasibət yaranmadan bu problemlərin tam qarşısını almaq çətin olacaq”.
@khudiyevalamiaFidan HacızadəƏslində Bakıda uzun müddətdir ki, belədir.
♬ original sound - Lamia Khudiyeva