Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü

14.10.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda gecə klubunda dava olub.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Bakı şəhər sakini İlkin Paxomov obyekti icarəyə götürüb. Bir müddət işlədikdən sonra o, işçisinə maaşı az verib və nəticədə ofisiantla İlkin arasında mübahisə yaranıb.
Ofisiant ondan maaşını tələb edəndə İlkin onu döyməyə başlayıb. Hadisə nəticəsində ofisiant xəsarət alıb və bu barədə polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə İlkin Paxomov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı zərərçəkmişə dəymiş ziyan ödənilib və cinayət təqibinə xitam verilib. (Oxu.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью