Bakıda gecə klubunun sahibi cəzalandırıldı

12.03.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 10/b ünvanındakı yaşayış binasının sakinləri birinci mərtəbədə fəaliyyət göstərən "XS lounge" gecə klubundan şikayətçi olduqlarını bildirmişdilər.

Bu barədə Oxu.Az-a müraciət edən sakinlər gecə klubunun onların istirahət hüququnu pozduğunu söyləyirdilər.

Klub isə sakinlərin iddialarını əsassız hesab etmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb:

"Sakinlərin "XS lounge" gecə klubundakı səs-küylə bağlı müraciətinə polis tərəfindən baxılıb.

Sakinlərin narahatlığını əks etdirən hallar polis əməkdaşları tərəfindən araşdırılıb. Obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью