Bakıda gecə, rayonlarda gündüz yağış...

18.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

Q.ƏLİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью