Bakıda “Gecənin əfsanələri” adlı yarış keçiriləcək

19.07.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Caspian Event Organisers” ilə birgə əməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night) adlı yarış keçiriləcək.

İdman.biz xəbər verir ki, bununla yanaşı, kartinq çempionatı və drift şou da baş tutacaq.

Tədbir Dövlət Bayraq Meydanında saat 18:00-da başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью