Bakıda Gelandewagen in sürücüsü qaydanı belə pozdu VİDEO

21.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bakının mərkəzi prospektində qaydaların ziddinə gedən sürücü digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.
Belə ki, 90-TH-222 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz Gelandewagen" avtomobilinin sürücüsü Neftçilər prospektində hərəkət edərkən qoşa xəttin tələblərini kobud şəkildə pozaraq digər sürücülərin həyatını təhlükə altına atıb. Qayda pozuntusunun görüntüləri sürücünün özü tərəfindən sosial şəbəkələrdə paylaşılıb və bu addım ictimaiyyətin haqlı narazılığına səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli oxu.az-a faktı təsdiqləyib.
"Ərazidə xidmət aparan Dövlət Yol Polisinin əməkdaşı tərəfindən qayda pozuntusu vizual olaraq aşkarlanıb və "Mercedes-Benz" markalı, 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb", - deyə T.Nəsirli bildirib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью