Bakıda gənc futbolçular üçün yeni təlimhazırlıq mərkəzi yaradılacaq

10.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda futbol üzrə aşağı yaş qruplarından ibarət milli komandalar üçün Futbolun İnkişafı Mərkəzi qismində yeni təlim-hazırlıq mərkəzi yaradılacaq.

"Report" xəbər verir ki, bu, milli assosiasiyanın açıqladığı layihədə əksini tapıb.

Bura gənclər futbolunun inkişafı üçün əsas mərkəz olacaq.

AFFA-nın regional bölgüsünə uyğun olaraq 8 regional mərkəz yaratmaq, əsasən mövcud infrastrukturdan istifadə edərək meydanlar, idman zalları və digər vacib infrastruktur obyektlərini təmin etmək qarşıya məqsəd kimi qoyulub.

Qapalı meydan və müasir reabilitasiya mərkəzinin (məsələn, krioterapiya) olmaması problemini həll etmək üçün "Dalğa Arena"dakı mövcud infrastruktur əsas milli komanda və U-21-in heyəti üçün təkmilləşdiriləcək.

Bakıda təlim-məşq infrastrukturu olmayan 10 peşəkar klub üçün və Bakıya səfər edən digər bölgə klubları tərəfindən istifadə edilə biləcək təlim-məşq mərkəzinin inşası təmin ediləcək.

Bundan əlavə, Premyer Liqada təlim-məşq meydanları olmayan 4 klub üçün təlim-məşq infrastrukturunun tikintisi dəstəklənəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью