Bakıda gənc mağazadan oğurluq edib sosial şəbəkədə paylaşdı VİDEO

14.08.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda bir gəncin marketlərin birindən etdiyi oğurluq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı həmin şəxs mağazada gizlicə məhsul götürərək cibinə yerləşdirib. Daha sonra isə bu görüntüləri öz sosial şəbəkə hesabında paylaşaraq, guya “cəsarət” nümayiş etdirməyə çalışıb.

Hadisə ictimaiyyət tərəfindən kəskin tənqid edilib. Sosial media istifadəçiləri belə halların cəmiyyət üçün təhlükəli olduğunu və bu cür davranışların gənclər arasında “trend” halına gətirilməsinin yolverilməz olduğunu vurğulayıblar.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью